Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
ÜMUMVƏHDƏT FƏLSƏFƏSI VƏ MÜASIR ELM

“ÜMUMVƏHDƏT FƏLSƏFƏSI VƏ MÜASIR  ELM.

FƏNNLƏRARASI ÜMUMFƏLSƏFI METODOLOQIYA AXTARIŞI” 

 

ELMİ-NƏZƏRİ SEMİNAR

 

 

Uzun illər ərzində  Sovet İttifaqına daxil olan xalqların humanitar, ictimai, təbiət və dəqiq elmlərinin ümumfəlsəfi tədqiqat metodologiyası dialektik materializm təlimi idi. Sosialist sisteminin dağılması dialektik materializm metodologiyasının yeganə elmi metodologiya olmasını şübhə altına aldı. Keçmiş Sovet sistemi tədqiqatçıları üçün postsovet elmi məkanda yeni sosiomədəni şəraitdə qlobal elmin inkişafına müvafiq fəlsəfi konsepsiya və ümumfəlsəfi metodologiya axtarışı və seçimi aktuallıq kəsb etdi.    

2010-cu ilin mart ayında AMEA-nın Rəyasət heyətinin nəzdində AMEA-nın  Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Azərbaycan Respublikası Elm Fondunun dəstəyi ilə “Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda   elmi – nəzəri seminar keçirdi. 2010-cu ilin may ayında isə “Ümumvəhdət fəlsəfəsi konsepsiyası və Lütfi-Zadə nəzəriyyələri” adlı elmi-nəzəri seminar keçirildi. Hər iki seminar AMEA və Respublikanın çoxsaylı görkəmli mütəxəssislərini cəlb etdi, Respublikada və xarici elmi məkanda geniş əks səda doğurdu.

Həmin seminarlarda qoyulmuş məsələlərin müasir fəlsəfə, elm və bütövlükdə mənəvi mədəniyyət sahələrində tədqiqatlar  üçün  yüksək əhəmiyyətini nəzərə alaraq  hazırda AMEA –nın Rəyasət heyəti nəzdində iki il öncə əsası qoyulmuş fəlsəfi konsepsiya ümumfəlsəfi metololgiya və ya metodoloqiyalar axtarışına həsr edilmiş “Ümumvəhdət fəlsəfəsi və müasir elm” seminarın fəaliyyəti davam etməkdədir.

 Əvvəlki seminarların materialları kimi hazırkı seminarın da materialları internet saytlarında  və mətbuatda dərc ediləcək. Qeyd etməliyik ki, əvvəlki seminarlda  edilən məruzələrin və çıxışların internet saytlarında dərc edilən mətnləri Respublikadaxili və Respublikadankənar 500 mindən çox ziyarətçini maraqlandırmışdı.

P.S. Xahiş olunur istədiyiniz halda keçirilmiş seminarların materialları, habelə keçiriləcək yeni seminarlarda səsləndiriləcək məruzələr ilə http://orientalphilosophy.org saytında tanış olasınız və mövqe və təkliflərinizi bildirəsiniz.

 

Qarşıdan gələn seminarda çıxış üçün razılıq verən alimlərin adları, mövzuları və bəzi çıxışların mətnləri ilə  tanış ola bilərsiniz:

 

  1. Fəl.e.d. Quluzadə Z.XXI əsr. Elmi ixtiralar və fəlsəfənin anlam kateqorial apparatının məzmunun təshihi (korrektəsi)“.
  2. Akad. Abbasov V. Müasir dövrdə təbiətşünaslığın fəlsəfi məsələləri”.
  3. Akad. Haşımov A., texnik.ü.f.d. Rəsulov Z.  “Klassik layihələndirmələrdən system layihələrinə keçid”.
  4. AMEA-nın müxbir üzvü.prof. Məmmədova R.Musiqi sənətində etnotipologiyalar və ümumvəhdət ideyası”.
  5. Fəl.e.d.Prof. Məmmədzadə İ.Fənnlərarası tədqiqatlar: problemin idrakının fəlsəfəsinə dair”.
  6. Fəl.e.d.,Prof. Mirzəzadə R. “Siyasi nəzəriyyələrin tədqiqinə yeni metodoloji yanaşma”.
  7. Fəl.e.d. Bayat F.Ümumvəhdət fəlsəfəsi və folkloristika (Azərbaycan folkloru timsalında)” .
  8. Fəl.e.d., prof. Abbasov Ə.Философия сложности как постнеоклассическая метатеоретическая основа: особенности эпистемологии и практики”.
  9. Fiz.ü.f.d. Prof. Abdinov O. “Ümumvəhdət fəlsəfəsi və Xiks bozonu”.
  10. Fəl.e.d., prof. Abbasov Ə. -  “İdrakın yeni istiqamətləri: konsepsiyasıların qısa icmalı”.
  11. Tibb.e.d.prof. Əlizadə Ç.İnformasiya texnologiyaları və insan psixikasının formalaşması. Ümumvəhdət insan orqanizmi timsalında”.
  12. Fəl.e.d. Qurbanov F.Fənnlərarası yanaşma və fənnlərarası metodologiya: formalaşmanın mürəkkəblikləri”.
  13. Psix.ü.f.d. Dos. İbrahimbəyli R. “Etnomədəniyyət ümumvəhdət fəlsəfəsinin psixoloji problemləri işığında”.
Author : Admin | Date: 2-06-2014, 19:09 | Views: 0