Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Dr. LEYLA ƏBDÜLKƏRiM XƏLiFƏDƏN MƏKTUB

Rəhmli və mərhəmətli Allahın adı ilə...

Azərbaycan Respublikası Elmin inkişafı fondunun hörmətli Rəisi Cənab Elçin Quliyevə!
Salam və ehtiram!

İslam dünyasında siyasi vəziyyətin getdikcə ağırlaşdığı, uzun illər ərzində bölgə xalqlarının məruz qaldığı müstəmləkəçiliyin mənfi qalıqlarının özünü daha çox milli, dini və ideoloji qarşıdurmalar şəklində biruzə verdiyi bir vaxtda bu sahədə öz rolunu dərk edən ziyalı, alim və filosofun məsuliyyəti də artır. Bəzi insanlar bu tələyə düşür və ya da bu vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu böhrandan yalnız xalqlarına münasibətdə Allahdan qorxan, öz vəzifələrini sədaqət və ədalətlə yerinə yetirən müdrik siyasi rəhbərlərin, xalqların ən böyük düşməni olan cəhalətlə amansızlıqla vuruşan alimlər vasitəsilə çıxmaq ilə mümkündür.
Mən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə tanış olmaq şərəfinə nail olmuşam. Burada mən İnstitutun direktoru İlham Məmmədzadə, doktor Zəhra Əliyeva və xüsusilə doktor Zümrüd Quluzadə və başqa əməkdaşlarla tanış olmuşam. 2011-ci ilin noyabr ayında "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş tədbirlərdə onlarla elmi müzakirələrdə iştirak etdim. Bu İnstitutun irəli sürdüyü problemlər, planlaşdırdığı elmi tədqiqtlar, orada ən yüksək səviyyədə həyata keçirilən elmi işlər onun keniş oxucu kütləsi üçün nəzərdə tutduğu elmi fəlsəfi internet səhifəsində aydın şəkildə təmsil olunmuşdur. Bu da AMEA, orada çalışan və forumun saytından (http://philosophyforum.az/) əlverişli elmi tribuna kimi istifadə edən, elm aləminə mənsub insanlara layiq bir şəkildə bu xalqa xidmət naminə üzərlərinə elmi və əxlaqi məsuliyyətlər götürmüş alim və tadqiqtçılara qürur və iftixar mənbəyinə çevrilmişdir.
Elmi fəlsəfi tədqiqatlarla məşğul olan bu İnstitut İslam bölgəsində bu qəbildən olan azsaylı və nadir, nəhəng elmi yaradıcılıq fəaliyyətini həyata keçirən elmi mərkəzlərdən biridir. Ona uğurlar diləyirəm, arzum budur ki, elmi fəlsəfi tədqiqatlar sahəsində qabaqcıl mövqeyə malik bu forum İslam bölgəsi ölkələrində öz təbii yerini tutsun, onun işləri ərəb, ingilis və s. dillərə tərcümə edilib yayılsın. Allahın köməyilə forumun gələcək işlərində uğur qazanmasını gözləyirəm. Bu münasibətlə Sizin elmi mərkəzinizə davamlı çiçəklənmə diləklərimi çatdırıram.

Sizə dərim ehtiramla...

Doktor Leyla Əbdülkərim Xəlifə
Fransa Elmi Tədqiqatlar Mərkəzi (CNRF)
Əmman, 8 iyun 2012-ci il

Author : Admin | Date: 18-06-2012, 14:12 | Views: 0