Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
İSLAM FƏLSƏFƏSİ TARİXİ

İSLAM FƏLSƏFƏSİ TARİXİ

V cidlik

Ön söz

Son bir neçə onilliklər ərzində islam fəlsəfəsi tarixinə tarixi düşüncə aspektindən və islam ideologiyası baxımından diqqət təkcə Avropa ölkələrində deyil, müsəlman Şərqində də artmışdır. II dünya müharibəsinə qədər mövcud olan islam fəlsəfəsi tarixi əsasən Qərb fəlsəfəsi tədqiqatçıları tərəfindən yazılmışdır. Tarixi inkişafda fəlsəfə tarixi elminin yeri və onun fəlsəfədə payı məsələsinə münasibət XIX əsrdə Hegel və başqaları tərəfindən hazırlanmış, Qərb alimlərinin səyi nəticəsində isə müsəlman şərqi xalqlarının dillərinə, əsasən ərəb dilinə tərcümə olunmuş və yayılmışdır. XX əsrin 30-40-cı illərində Pakistan dövlətinin böyük səyi nəticəsində ətraf ölkələrdən dəvət edilmiş alimlərin köməyi ilə, o dövrdə ölkəsinin məhşur alimi olan Məhəmməd Şərifin rəhbərliyi altında "İslam fəlsəfəsi tarixi” hazırlandı. 1963 və 1966-cı illərdə iki cildlik "İslam fəlsəfəsi tarixi” əsəri Almaniyada ingilis dilində nəşr edilib və sonradan fars dilinə tərcümə olunmuşdur.

Bu sətirlərin muəllifi 1958-ci ildə Pakistana ilk səfəri zamanı fəlsəfə tarixi elmi istiqamətində fəaliyyətə başlamış və çalışmışdır ki, "İslam fəlsəfəsi tarixi” əsərinin ərsəyə gəlməsinə öz töhvəsini versin. Bu səbəbdən "İsfahan məktəbi” nümayəndələri olan Molla Sədra və Səbzəvarihaqqında ayrıca fəsil yazmağı qarşısına məqsəd qoyur.

O dövrdə islam fəsəfəsinə hələ də qərblilərin gözü ilə baxıldığı və onların fikirlərinə istinad olunduğu üçün yeni simalar olan Molla Sədra və Səbzəvari haqqındakı fikirlərin əsərə rövnəq verməsinə baxmayaraq kitaba olan nəzər diqqəti dəyişdirə bilmədi. 1961-ci ildə Henri Korbin "PLEYAD” adı altında Fransanın "Qalimar” nəşriyyatı tərəfindən "İslam fəlsəfə tarixi” haqqında yeni ensiklopediya toplusu hazırlamaq üçün mənə və suriyalı alim Osman Yəhyaya bu işdə onunla həmkarlıq etmək haqqında müraciət ünvanlayır.

Tehranda Henri Korbinlə birlikdə fəlsəfə tarixinin planını hazırlayarkən qərara alındı ki, tarixi dövrləri qərb fəlsəfə tarixində olduğu kimi deyil, islam mədəniyyətindəfəlsəfi düşüncəyə baxış əsasında təsnifatlandıraq. Bu kitabın ilk cildi 1964-cü ildə Fransada fransız dilində nəşr olunur, sonradan isə mənim və Osman Yəhyanın adı çıxarılmaqla ingilis və fars dillərində çapdan çıxır. Sonrakı ikinci cildin hazırlanmasında nə mənim, nə də Osman Yəhyanın Henri Korbin ilə iş birliyimiz olmadığı üçün o, bu cildi özü hazırlayıb çapa verir.

"İslam fəlsəfə tarixi” V cildliyi bu sahədə son yarım əsrdə edilən növbəti addım kimi Fars dilli oxucuların istifadəsinə verilən ən mükəmməl əsərdir.

Sokratdan əvvəl və əsrimizə qədərki dövrü əhatə edən fəlsəfə tarixi kitabının çapını tam şəkildə İngiltərə nəşrıyyatı "Routledge” öz üzərinə götürməklə yanaşı, İbn Meymun və İbn Rüşt yaradıcılığının tədqiqatçısı, bütovlükdə orta əsrlər yəhudi və islam fəlsəfəsi mütəxəssisi olan ingilis alimi Oliver Limənlə birlikdə yeni nəşrin çap edilməsini təklif edir. Məsələnin əhəmiyyətini nəzərə alıb, təklifi qəbul etdim. Müasir dövrümüzə kimi islam fəlsəfə tarixi və bu sahədəki müxtəlif yazılar nəzərə alınaraq kitabın planı hazırlanır. Oliver Limənin təkidi ilə kitabın bir hissəsinəislam fəlsəfəsi ilə paralel olan yəhudi fəlsəfəsi də salınır.

Kitabın fəsillərinin hazırlanmasında ilk növbədə islam və qərb alimlərinin, sonra isə tanınmış alimlərlə yanaşı təhqiqat fəaliyyətində ilk addımlarını atan gənc alimlərin əsərlərinin çap olunması qərara alındı. O da məlumdur ki, elmi proqramların icrasının məsulliyyətini kollektiv şəkildə öz üzərinə götürən, işində fədakar olan çox saylı tədqiqatçı qruplar üçün icrası mümkün olmayan işlər də mövcuddur. Əsərdə toplanan məqalələrin keyfiyyətinin həmişə istənilən səviyyədə olmaması ilə yanaşı, təəssüf ki, bəzi hallarda bu və ya digər bir məktəbin tam şəkildə təsirini görürük. Çox təəssüf ki, vaxt azlığı bu çatışmamazlıqların aradan qaldırılmasına imkan verməyib. Bundan əlavə, İslam fəlsəfə tarixinin bir çox dövrləri, o cümlədən Şiraz məktəbi, Hindistanda Qorqanilər hakimiyyəti dövrü, XI-XIII əsrlərdə Türkiyə və digər şərq ölkələrində islam fəlsəfə tarixi hətta bu sahənin mütəxəssisləri üçün də dəqiq və aydın deyildır. Buna görə də bir çox yazılı mənbələr araşdırılıb, Qiyasəddin Mənsur Dəştəki,[1]Şəmsələddin Xəfri,[2] "Məhəll mədəniyyəti”[3]fəlsəfəsinin böyük şəxsiyyətləri haqqında dəqiq tədqiqat işləri aparılmalıdır ki, nisbətən mükəmməl bir islam fəlsəfəsi tarixi məcmuəsi meydana gəlsin.

Hər halda əsərdə olan müəyyən nöqsanlara baxmayaraq şərq və qərb alimləri tərəfindən bu günə kimi "islam fəlsəfəsi tarixi” haqqında yazılan və ya fars dilinə tərcümə olunan, əlimizdə olan əsərlər arasında ən mükəmməlidir.

Baxmayaraq ki, qərbdə bu əsər haqqında çoxsaylı tənqidi yazılar dərc edilmişdir, amma böyük ehtimalla deyə bilərik ki, mövcud "islam fəlsəfə tarixi” kitabı ən azı gələcək bir nəsilin istifadəsində olacaqdır.

Bu sətirlərin müəllifi ümüd edir ki, haqqında danışdığımız kitab zəngin islam fəlsəfi ənənələri barəsində təkcə informasiya mənbəyi yox, həm də islam fəlsəfəsində əsas fəaliyyət mərkəzlərindən sayılan və bu gün də islam dünyasında fəlsəfi təfəkkür mərkəzi olan İranda islam fəlsəfəsi alimləri haqqında aparılan tədqiqat işlərində gənc tədqiqatçılar üçün bir təcrübədir.

Yekun olaraq, bu əsərin ərsəyə gəlməsində təşəbbüs göstərən, tərtibində, fəsillərin yazılmasında və fars dilinə tərcüməsində böyük zəhmət çəkən bütün şəxslərə təşəkkürümü bildirir, allahdan arzu edirəm ki, çapdan çıxmış bu 5 cildlik əsər İranda və digər farsdilli oxucular arasında əsil islam fəlsəfəsi təfəkkürü yaratmış olsun.

 

Seyyid Hüseyn Nəsr

Aprel 2004-cü il

ABŞ, Vaşinqton


İSLAM FƏLSƏFƏ TARİXİ:

I cild

(Seyyid Hüseyn Nəsr və Oliver Limənin rəbərliyi altında)

I Hissə:

 

MÜNDƏRİCAT

Ön söz:Dr.Seyyid Hüseyn Nəsr .............................................................................1

Giriş: OliverLimən ...............................................................................................5

Tərcümə edəni: Dr.HüseynQəffari.

Oliver Limənin yazdığı girişə tərcüməçinin qeydləri.............................................25

Giriş: Dr.Seyyid Hüseyn Nəsr................................................................................29

Tərcümə edəni: Dr.Qulamrza Ovani.

I Hissə: Dini,əqli və mədəni əsaslar........................................................................41

I fəsil: İslamda fəlsəfənin məna və anlamı..............................................................43

Müəllif: Seyyid Hüseyn Nəsr

Tərcümə edəni: Dr.Qulaməli Həddad Adil.

II fəsil: İslam fəlsəfəsində Quran və hədislər başlanğıc və ilham mənbəyi kimi...55

Müəllif: Seyyid Hüseyn Nəsr.

Tərcümə edəni: Dr.Mehdi Dehbaşi.

III fəsil: Yunan və Suriyanın qabaqcıl ziyalıları.....................................................75

Müəllif: F.İ.Piterz.

Tərcümə edəni: Dr. Seyyid Məhəmməd Həkkak.

IV fəsil:Hindistan və İranın qabaqcıl ziyalıları.......................................................97

Müəllif: Seyyid Nəaman əl-Həqq.

Tərcümə edəni: Dr.Əlinağı Bağırşahi.

V fəsil: Antik kəlamlar..........................................................................................131

Müəllif: Məhəmməd Əbdülrəhim.

Tərcumə edəni: Mohsen Cahangiri.

VI fəsil: Yunan fəlsəfəsinin islamdünyasına sirayəti............................................161

Müəllif: Yeganə Şayeqan.

Tərcümə edəni: Dr.Seyyid Cəlaləddin Moctəbəvi.

VII fəsil: Sünni məfhumu və həyati çəkişmələr....................................................193

Müəllif: Ceyms Paulin.

Tərcümə edəni: Dr. Mohsen Cahangiri.

VIII fəsil: On ikiimami şıələrin kəlamları və fəlsəfi düşüncələri..........................215

Müəllif: Abbas Mohacerani.

Tərcümə edəni:Dr. Mehdi Qəvam Səfəri.

IX fəsil: İsmaili fəlsəfəsi.......................................................................................247

Müəllif: Əzim Naci.

Tərcümə edəni: Dr.Şəhram Pazuki.

X fəsil: Onuncu əsrdə islam humanizmi (miladi təqvimi ilə) ..............................265

Müəllif: Oliver Limən.

Tərcümə edəni: Dr.Seyyid Həmid Talıbzadə.

II hissə: Şərqin ilk İslam filosofları.......................................................................277

XI fəsil: Əl Kindi...................................................................................................279

Müəllif: Kleyn FrankFeliks.

Tərcümə edəni: Dr. Ruhulla Aləmi.

XII fəsil: Farabi.....................................................................................................305

Müəllif: Bdvra Al Blak.

Tərcümə edəni: Dr. Ruhulla Alemi.

XIII fəsil: Məhəmməd ibn Zəkəriyya Razi...........................................................341

Müəllif: Lenn EvanGudman.

Tərcümə edəni: Dr. Seyyid Məhəmməd Həkkak.

XIV fəsil: Ameri...................................................................................................375

Müəllif: Everet K.Rauson.

Tərcümə edəni: Dr. Seyyid Cəlaləddin Moctəbəvi.

XV fəsil: Paki və Səfa qardaşları (Səfa qardaşları ).............................................385

Müəllif: İan Riçard Netton.

Tərcümə edəni: Dr. Seyyid Cəlaləddin Moctəbəvi.

XVI fəsil: İbni Sina...............................................................................................399

Müəllif: Şəms İnati.

Tərcümə edəni: Dr. Mehdi Qəvam Səfəri.

XVII fəsil: İbn Sinanın "Şərq hikməti” ...............................................................425

Müəllif: Seyyid Hüseyn Nəsr.

Tərcümə edəni: Dr. Seyyid Cəlaləddin Moctəbəvi.

XVIII fəsil: İbn Məskuye......................................................................................433

Müəllif: Oliver Limən.

Tərcümə edəni: Dr. Seyyid Cəlaləddin Moctəbəvi.

XIX fəsil: Qəzali...................................................................................................445

Müəllif: Massimo Kampanini.

Tərcümə edəni: Məhəmməd Xatəmi.

Məlumat................................................................................................................475

İSLAM FƏLSƏFƏ TARİXİ:

III cild

(Seyyid Hüseyn Nəsr və Oliver Limənin rəbərliyi altında)

VHissə: Sonrakı İslam filosofları.

XXXII fəsil: Xacə Nəsrəddin Tusiəsrinin dahi filosofu..........................................11

Müəllif: Həmid Dəbbaşi.

Tərcüməçi: Dr. Əlirza Hədayi.

XXXIII fəsil: Tusidən "İsfahan məktəbi”nə kimi..................................................99

Müəllif: Con M. Kuper.

Tərcümə edəni: Əsgər Pur Bəhrami.

XXXIV fəsil: Mirdamad və "İsfahan məktəbi”nin təməli....................................119

Müəllif: Həmid Dəbbaşi.

Tərcümə edəni: Dr. Həsən Fəthi.

XXXV fəsil: Molla Sədra, həyatı və yaradıcılığı..................................................177

Müəllif: Hüseyn Rzayi.

Tərcümə edəni: Məcid Həmidzadə Cəbbari.

XXXVI fəsil: Molla Sədra: Təlimləri..................................................................191 Müəllif: Seyyid Hüseyn Nəsr.

Tərcümə edəni: Dr. Hüseyn Qəffari

XXXVII fəsil: Şahvəliullah..................................................................................229 Müəllif: Rəhiməddin Kamal və Səlim Kamal.

Tərcümə edəni: Dr. Seyyid Mahmud Yusifsani.

VI hissə:Dünya İslam mədəniyyətində yəhudi fəlsəfəsi ənənələri.

XXXVIII fəsil: Giriş.............................................................................................247

Müəllif: Oliver Limən.

Tərcümə edəni: Dr.Əlirza Hedayi

XXXIX fəsil: İslam dünyasında yəhudi fəlsəfəsi................................................255

Müəllif: Artur Haymən.

Tərcümə edəni: Dr.Əlirza Hedayi.

XL fəsil: Sədyaqayun Fəyyumi..........................................................................289

Müəllif: Laney Qubmən.

Tərcümə edəni: Dr. Əlirza Hedayi.

XLI fəsil: İbn Cabirül...........................................................................................319

Müəllif: Ayrin Lenkster.

Tərcümə edəni: Dr. Əlirza Hedayi.

XLII fəsil: Yahuda Halevi...................................................................................329

Müəllif: Beri Koqan.

Tərcümə edəni: Dr.Əlirza Hedayi.

XLIII fəsil: Musa İbn Meymun.............................................................................343

Müəllif: Aleksandr Berudi.

Tərcümə edəni: Dr. Əlirza Hedayi.

XLIV fəsil: Levi ben Gerşum................................................................................367

Müəllif: Hans Fredental

Tərcümə edəni: Dr. Əlirza Hedayi

XLV fəsil:Yəhudilik və təsəvvüf.......................................................................395

Müəllif: Paul B.Fenton.

Tərcümə edəni: Dr. Əlirza Hedayi.

XLVI fəsil: İbn Rüşt Qərayi Yəhudi....................................................................417

Müəllif: Oliver Limən.

Tərcümə edəni: Dr. Əlirza Hedayi.

Məlumat................................................................................................................437

 

İSLAM FƏLSƏFƏ TARİXİ: V cild

(Seyyid Hüseyn Nəsr və Oliver Limənin rəbərliyi altında)

VIIIHissə:Keçid dövrü, İslam fəlsəfəsinin təfsiri və təsiri

LVIII fəsil: Orta xristianlıq və Avropa yəhudiliyi........................................11

Müəllif: Con Marenbun.

Tərcümə edəni: Qulamhüseyn Təvəkküli

LIX fəsil: Yeni Qərb fəlsəfəsi.......................................................................31

Müəllif: Katrin Vilson.

Tərcümə edəni: Qulamhüseyn Təvəkküli.

LXfəsil: Mütaliə edilmişədəbiyyatdan baxış................................................61

Müəllif: Branko Aleksiç.

Tərcümə edən: Əmir Nəsri.

 

IX Hissə:Yeni İslam dünyasında İslam fəlsəfəsi

LXI fəsil: İRAN.............................................................................................71

Müəllif: Mehdi Əmin Rəzəvi.

Tərcümə edəni: Hüseyn Mafi Müqəddəm.

LXII fəsil: Hindistan.................................................................................................93

Müəllif: Hafiz A. Qafarxan.

Tərcümə edəni: Hüseyn Mafi Müqəddəm.

LXIII fəsil: Pakistan..............................................................................129

Müəllif: M.Sohil Əmir.

Tərcümə edəni: Hüseyn Mafi Müqəddəm.

LXIV fəsil: Qərb dünyası.....................................................................137

Müəllif: İbrahim M.Əburbi.

Tərcümə edəni: Hüseyn Kəyani.

LXV fəsil: Misir....................................................................................189

Müəllif: Massimo Kampanini.

Tərcümə edəni: Hüseyn Kəyani.

LXVI fəsil: Türkiyə...............................................................................211

Müəllif: Mehmət Aydın.

Tərcümə edəni: Hüseyn Kəyani.

LXVII fəsil: CənubŞərqi Asiya.......................................................219

Müəllif: Zeylan Morris.

Tərcümə edən: Hüseyn Kəyani.

X Hissə: Qərbdə İslam fəlsəfəsinin təfsiri

LXVIII fəsil: Şərqşünaslıq elmi və islam fəlsəfəsi.............................235

Müəllif: Oliver Limən.

Tərcümə edəni: Məhəmməd Səidi Mehr.

LXIX fəsil: Henri Korbin; Əsərləri və onların təsiri..........................245

Müəllif: Piyer Lori.

Tərcümə edəni: Nigar Davəri Ərdəkani.

LXX fəsil:Rusiyada və Sovet Sosialist Respublikalarında

Islam fəlsəfəsi ...................................................................................255

Müəllif: Aleksandr Knış.

Tərcümə edəni: Səid Ənvari.

LXXI fəsil: İslamda fəlsəfənin imkanları..............................................267 Müəllif: Annemari Şimmel.

Tərcümə edəni: Səid Ənvari.

XI hissə:Kitabşünaslıq

İslam fəlsəfəsinin ümümi mənbələri.....................................................283 Müəllif: Oliver Limən.

 

Qeyd: Yuxarıda verilmiş yazıda Doktor Seyyid Hüseyn Nəsr və Oliver Lemənin redaktorluğu ilə tərtib olunan İslam Fəlsəfəsi Tarixinin 5 cildliyinin IV nəşrinin I, III və V cildlərinin mündəricatı verilmişdir. II və IV cildlər 2015-ci ilin II yarısında çapdan çıxacaqdır.

 



Qeyd:

[1] Qiyasəddin Mənsur Dəştəki (1445-1527).

[2] Şəmsələddin Xəfri (Məhəmməd ben Əhməd Xəfri Cəhrəmi Şirazi), ləqəbi Şəmsələddin-kəlam bilicisi, hikmət bilicisi mənalarını verir (1521 və ya 1536-cı ildə vəfat edib).

[3] "Fərhənge Məhəll” (Məhəll mədəniyyəti) Hindistanda fəlsəfənin və filosofların mərkəzi sayılan ziyalıları ilə şöhrət qazanmış məntəqə.

Author : admin | Date: 30-04-2018, 10:25 | Views: 265