Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
İSLAM BÖLGƏSI FƏLSƏFƏ TARİXİ

Müasir dövrdə fəlsəfədə “fəlsəfə” və “fəlsəfə tarixi elmi”nin təsvir və təfsiri zamanı əsas elmi anlamların yozumunda və fəlsəfi məsələlərə yanaşma mövqelərində konseptual-metodoloji baxımdan ciddi fərqlərin olmasını nəzərə alaraq, çıxışımın əvvəlində müraciət etdiyim problemlərə yanaşma mövqeyimlə əlaqədar bir neçə əsas məqamı qeyd etmək istəyirəm:
1. Yazılarımda və hazırда тягдим етди йим йазыда фялсяфянин klassik tərifinə istinad edərək fəlsəfənin dünyagörüşü və elmi təsəvvürlərin vəhdəti; varlıq, onun ümumi əsas prinsip və qanunauyğunluqları haqqında təlim; bəşər mənəvi mədəniyyətinin universal fenomenи olması müddəalarına əsaslanıram.
2. “Fəlsəfə tarixi elmi” dedikdə, fəlsəfənin yarandığı dövrdən başlayaraq zaman daxilində inkişafının təsvir və təfsirini verən bir elm olmasını iqrar edən tədqiqatçılarla həmfikirəm. Dünən yaranan fəlsəfi əsərlər belə, bu gün artıq fəlsəfə tarixinin obyektidir və bu elmlə ehtiva edilirlər.
3. Fəlsəfə bəşər şüuru və mənəvi mədəniyyətinin universal təzahür forması olduğu üçün fəlsəfə tarixi ümumbəşəri, qlobal səciyyəyə malik hadisədir. Müxtəlif etno-milli və mədəni bölgələrə mənsub xalqların dil, din, ədəbiyyat, incəsənət tarixləri olduğu kimi, mənəvi mədəniyyətin yüksək təzahür forması etno-milli, bölgə, “dünya” yaxud “ümumdünya” fəlsəfə tarixləri də mövcuddur. Bu baxımdan ümumdünya, qlobal fəlsəfə tarixinə həsr olunmuş əsərlərdə fəlsəfənin tarixi inkişafında özünəməxsus yeri və rolu olan milli və bölgə fəlsəfələri, onların tarixləri öz yerlərini tapmalıdırlar.
4. Qoyduğumuz problemlərə yanaşmamız maddi və mənəvinin vəhdətini qəbul edən ümumvəhdət fəlsəfi konsepsiyası, qeyri-səlis məntiq və fəlsəfi komparativistika prinsiplərini ehtiva edən tədqiqat metodologiyasına əsaslanır.
5. Мялум олдуьу кими аyrı-ayrı şəxsiyyətlər tərəfindən yaranan fəlsəfi təlimlər şərti olaraq müəlliflərinin etnik-milli mənsubiyyətinə müvafiq etnik-milli fəlsəfə, coğrafi ərazi, dil, din və sair amillər əsas götürülərsə - “bölgə fəlsəfəsi” (məsələn, Şərq, Avropa, Xristian, İslam, ərəbdilli, türkdilli və s.) və qlobal, ümumdünya fəlsəfəsi kimi təsnifatlar mövcuddur.
İslam bölgəsi fəlsəfəsi dedikdə, bu bölgədə İslam dini ilə müxtəlif münasibətdə: onun əsaslarını dəstəkləyən, indiferent və təfsirlərində (onun qəbul edilmiş, ortodoksal təfsirinə) tam uyğun olmayan və zidd olan fəlsəfi görüş və təlimlərin məcmuunu nəzərdə tuturam. (Dinə qarşı analoji münasibət müxtəlifliyi eynilə yəhudi, xristian və sair dini bölgə fəlsəfələri üçün də səciyyəvidir.)
6. İslam bölgəsi fəlsəfəsinə аид edilən yayılmış mövcud “İslam fəlsəfəsi”, “ərəbdilli fəlsəfə”, “ərəb-müsəlman fəlsəfəsi” кими тяйинлярин bu fəlsəfəni yaradan xalqların etnik tərkiblərini və bu fəlsəfənin dinlə münasibətini adekvat əks etmədiyinə görə (щямин mülahizəni dəfələrlə mətbuatda əsaslandırmağa çalışmışam) “İslam mədəniyyəti bölgəsi fəlsəfəsi” və “İslam mədəniyyəti bölgəsi xalqlarının fəlsəfə tarixi” anlamlarından istifadə edirəm.
Deyilənlərdən çıxış edərək, zənnimcə, İslam bölgəsi xalqlarının fəlsəfə tarixinin təsvir və elmi təfsiri dünya fəlsəfə tarixini якс етдирмяйя iddialı “fəlsəfə tarixi” adı ilə nəşr edilən tarixlərdə adekvat təsvirlərini və elmi-obyektiv yerlərini tutmalıdır. Eynilə, bu bölgənin tarixən zəngin fəlsəfi irsi qlobal təhsil sistemi vasitəsi ilə tədris və təbliğ edilməlidir.
Hazırda III minilliyin astanasında İslam bölgəsi fəlsəfəsinin və bu fəlsəfənin tarixinin dünya fəlsəfəsi kontekstində, dünya fəlsəfə tarixinin üzvi hissəsi kimi, digər bölgə fəlsəfələri, o cümlədən, Qərb xristian bölgəsi fəlsəfəsini təmsil edən fəlsəfə ilə yanaşı, dünya ictimaiyyətinə təqdim edilməsi xüsusi elmi, mənəvi və siyasi əhəmiyyət kəsb edir.
Adı çəkilən məsələlər artıq 50 ildən çoxdur ki, AMEA-nın Fəlsəfə İnstitutunun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsində bu və ya digər səpkidə tədqiq edilib və çoxsaylı monoqrafik əsər, elmi tədqiqat məqalələri, müxtəlif səviyyəli elmi çıxışlar və ən əsas, digər xalqlarla yanaşı İslam mədəni bölgəsini əsrlər boyu təmsil etmiş Azərbaycan xalqının 4 cilddə nəzərdə tutulmuş “Azərbaycan fəlsəfə tarixi” əsərində də əksini tapmaqdadır. (Hazırda bu tarixin qədim dövrdən, XIX əsr də daxil olmaqla dövrü əhatə edən 2 cildи çapdan çıxmış və 3-cü cild nəşr üçün tamamlanır).
Eyni zamanda İslam bölgəsi fəlsəfə tarixinin aktual və mübahisəli məsələlərinə aid məqalələr artıq 17 ildir ki, başqa nəшrlərlə bərabər “Şərq fəlsəfəsi problemləri” adlı, xüsusi, beynəlxalq elmi-nəzəri jurnalda nəşr edilir. (Jurnal ildə bir dəfə, iki nüsxədə Azərbaycan və rus dillərində - olmaqla, ərəb, fars, türk, ingilis, alman və fransız dillərində xülasələrlə nəşr edilir və bir sıra dünya (Şərq və Qərb) kitabxanaları vasitəsilə oxuculara çatdırılır. Həmin jurnal fəlsəfənin nəzəri problemləri, Şərq, o cümlədən İslam bölgəsi və Qərb fəlsəfəsi tarixlərinə dair yazıları internetdə 2 sayt (www.joph.azersayt.com və www.orientalphilosophy.com ) vasitəsi ilə oxuculara çatdırır. Ötən ilin aprel ayının 10-undan bugünədək www.joph.azersayt.com saytına dünyanın 40-dan çox ölkəsindən 720.000 civarında müraciət edilib.
Bu sahədə gördüyümüz işlərin içində UNESCO-nun Azərbaycan Respublikasının Milli Komissiyası və onun birinci katibi Günay xanım Əfəndiyevanın dəstəyi ilə 2008-ci ildə “Dünya fəlsəfəsi tarixi kontekstində İslam mədəniyyət bölgəsi fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri” mövzusunda keçirdiyimiz beynəlxalq konfrans, 2010-cu və 2011-ci illərdə və bu gün dünyada hədsiz mürəkkəb sosio-mədəni şəraitdə keçirilən beynəlxalq elmi-nəzəri seminarlar elmi və mənəvi aktuallığı baxımından xüsusi əhəmiyyətə malik idilər.
Qeyd edilməlidir ki, dünya elmində İslam bölgəsi fəlsəfə tarixinin obyektiv elmi təsvir və təfsirində olan qeyri-adekvat vəziyyət Qərb fəlsəfə tarixinə nisbətən onun haqqında елми informasiya qıtlığı və bir sıra digər ciddi səbəblərə bağlıdır. Həmin səbəblərdən bəlkə də ən mühümü, əsrlər boyu Qərbin kolonial siyasəti nəticəsində dünya (İslam bölgəsi də daxil olmaqla) ictimai fikrinə mütəmadi surətdə İslam bölgəsində yüksək интеллект вя mənəviyyat məhsulu olan fəlsəfənin olmaması və ya ancaq bir neçə əsr mövcud olmasının aşılanmasıdır. Bu stereotip, nəinki Qərb, eləcə də мцяййян гисм İslam bölgəsi tədqiqatçıları tərəfindən дя qəbul edilərək şüurlarda möhkəmləndiriliб вя мющкямляндирилмякдядир.
Həmin stereotipin möhkəmlənməsinin əsas səbəbляриндян бири дя əsrlər boyu Qərb kolonial siyasəti və bölgə xalqlarının ъоьрафи вя sosial-siyasi pərakəndəliyi олуб.
Bölgənin identikliyini, ilk növbədə xristian Qərbinə qarşı daxili birliyini, İslam dini təmin edə bilir və edirdi. Dinlə fəlsəfənin obyektlərinin ümumi olmasına baxmayaraq həm Xristian, həm İslam dini bölgələrində, məlum olduğu kimi, тарихян onların mövqeləri müxtəlif dərəcədə fərqli olub. Bu səbəbdən, hər iki bölgədə din fəlsəfəni bu və ya digər formada qəbul etməyib.
Sual yarana bilər ki, nə üçün Xristian bölgəsində, xüsusən tarixin Yeni və Ən yeni dövrlərində mənəvi həyatda dinlə yanaşı fəlsəfə də geniş yer tuta bildi, İslam bölgəsində isə - yox? Bunun səbəbi, Yeni Dövrdə Qərbin və İslam bölgəsinin sosial-iqtisadi və siyasi vəziyyətində idi. Qərb xristian bölgəsi sosial-siyasi vəziyyətinə görə fəlsəfədən artıq o qədər də xoflanmırdı, fəlsəfə Qərb xristian aləmini, onun siyasi və iqtisadi varlığını sarsıda bilməzdi. Kolonial vəziyyətə salınmış İslam bölgəsinə isə, özünütəsdiq və özünümüdafiə üçün İslam dini silah oldu. Bəlkə məhz bu səbəbdən, İslam ölkələrində tarixin bütün əsrlərində inkişaf etmiş bir hadisə olan fəlsəfə bu bölgə mədəniyyətşünaslığında da Qərb mədəniyyətşünaslığında olduğu kimi, inkar edilməyə başladı və “fəlsəfə” yox, irfan, təsəvvüf və s. adlar altında təqdim edildi.
Qeyd etməliyik ki, müasir dövrdə Qərb mədəniyyətşünasları və o cümlədən, mədəniyyət və fəlsəfə tarixçiləri İslam bölgəsində ya tarixən, йа да XII-XIII əsrlərdən sonra fəlsəfi mədəniyyətin cüziliyi və ya olmaması mövqeyindən çıxış edир, onu “İslam və yaxud müsəlman mistisizmi” adı altında təсвир, тяфсир və dəyərləndirərək елми вя идеоложи мяканда qeyri-adekvat şəkildə təqdim edirlər. Bu mövqeдян чыхыш едян əsərlər hazırda elm aləmində geniş yayılıb. Halbuki, İslam bölgəsi mütəfəkkirləri ilə eyni mövqelərdə duran Qərb teosofları da daxil olmaqla Qərb mütəfəkkirləri müasir fəlsəfi ədəbiyyatda fəlsəfənin nümayəndəsi, filosof kimi təqdim edilir və həmin məlumatlar qlobal təhsil sisteminə məhz bu şəkildə daxil edilir. Özünə müasir elmdə belə yer tapmış İslam və Qərb əsasən xristian fəlsəfəsinin bu növ dəyərləndirilməsi isə, hər şeydən əvvəl, elmi cəhətdən qeyri məqbuldur və müxtəlif bölgə fəlsəfələrinə fərqli elmi dəyərləndirmə meyarları, fərqli standartlarla yanaşmadan irəli gəlir.
İslam bölgəsi fəlsəfə tarixinin göstərilən tədqiq, tədris və təbliği vəziyyətinin obyektiv səbəbləri sırasında onun haqqında elmi tədqiqatların nisbətən qıtlığı иля бярабяр indiyədək Qərb fəlsəfə tarixlərindən fərqli olaraq bu bölgənin vahid, bütöv sistemli, elmi fəlsəfə tarixinin olmamasıdır.
Bu isə qlobal elm qarşısında, хцсусян мцасир вязиййяти нязяря алараг hər şeydən əvvəl İslam mədəniyyəti bölgəsi fəlsəfəsinin ilk mənbələrinin (о ъцмлядян əlyazma şəklində olan hissəsinin) mühafizə və tədqiqinin təşkilini tələb edir.
Hazırda bu əlyazmalarından ibarət hissə xüsusən “Ərəb baharı” adlanan qanlı baharın dağıdıcı zərbələri altında getdikcə azalma və itmə təhlükəsi qarşısındadır.
Mövcud imkanlardan istifadə edərək İslam bölgəsi xalqlarının ümumi fəlsəfə tarixinin yaradılması, onun qlobal tədris sisteminə daxil edilməsi, nəşr və KİV vasitələri ilə geniş təbliği müasir siyasi şəraitdə xüsusən zəruri və vacibdir.
Мцасир елм гаршысында вязифямизи вя 2008-ci ildə UNESCO-nun dəstəyi ilə reallaşdırdığımız, bu gün ися reallaşmasını davam etdiрдиyimiz proyektin həm məqsədini, həm də perspektivini biz məhz belə - Ислам фялсяфя вя мядяниййяти щаггында маарифин йайылмасында görürük.
İndi isə, müasir Qərb-Şərq münasibətlərindən çıxış edərək bu perspektivin reallaşma imkanını nəzərdən keçirək.
Məsələyə müasir, III minilliyin astanasında, mədəni qloballaşmanı da ehtiva edən, qloballaşma təmayülünün, keçən əsrin sonundaн Qərbi Avropanın təbliğ etdiyi multikulturalizmin məzmununun kəskin dəyişməsinin və “ərəb baharı” adlanan - üç birи-biri ilə bağlı hadisənin işığında baxmağa ъящд едяк.
Əvvəlcədən deməliyik ki, sosio-mədəni tarix boyu qloballaşma və anti-qloballaşma təmayülləri və hazırda “multikulturalizm” adı ilə geniş mübahisə və müzakirə obyekti olan, dövlətlərin mədəniyyət siyasəti universallıqları ilə məlumdurlar. Qlobal, dünya imperiyası, vahid dil, vahid din, vahid əxlaq və hüquq normalarının yaradılması ideyaları və siyasi iddiaları cəmiyyət tarixindən ayrılmaz olub. Eynilə, multikulturalizm, yəni mədəniyyət müxtəlifliyinə dövlətin hakim quruluş və hakim təbəqələrin marağı baxımından münasibəti daim mövcud olub. Hazırda multikulturalizmin məzmununun kəskin dəyişməsi bilavasitə və konkret şəraitdən asılı, йени бейнялхалг сийаси şəraitə müvafiq təşəkkül edərək müxtəlif радикал formalar alıb.
Qaldırdığımız problemlər qloballaşma və multikulturalizmlə üzvü bağlı, olaraq бу kontekstdə getdiyi üçün onların həlli yolları da мящз bu kontekstdə və müasir “ərəb baharı” адланан щадисялярля баьлы олараг axtarılmalıdır.
Ганлы “ərəb baharı” бир тяряфдян Qərb ölkələrində эедян глобал чохшахяли бющранла баьлыдырса və щямин бющран онун сябябляриндян биридирся, digər tərəfdən “bahar” юзц bu böhranın daha da kəskinləşməsinə səbəb oldu. “Bahar” Avropaya çoxsaylı tam müflisləşmiş immiqrant dalğasını gətirdi ki, bu dalğa Qərbdə yerləşmiş sosial təminatı olmayan immiqrantlarla, o cümlədən ərəb-müsəlman immiqrantları və hazırda Qərbin anti-kapitalist şüarları altında çıxış edən “titul” xalqları adlanan xalqların sosial təminatsız təbəqələri ilə birləşərək Qərb hakimiyyətləri üçün təhlükəli qüvvəyə çevrilir.
Bu təhlükəni zəiflətmək və aradan qaldırmaq məqsədi ilə əvvəllər liberal multikulturalizm siyasəti ilə demokratik dövlət olduqlarını nümayiş etdirən Qərb hakimiyyətləri indi yekdilliklə bu siyasətdən imtina edərək immiqrantların və, ilk növbədə, dəfələrlə fanatik və terrorist kimi səciyyələndirdikləri İslam bölgəsindən olan immiqrantların ya mədəni assimilyasiyasını tələb edirlər, ya da ölkə üçün, Fransa Prezidenti Nikolya Sarkozinin dediyi kimi, arzuedilməzdirlər. Bu gün assimilyasiya edilməyən immiqrantların Qərb ölkələri üçün arzuolunmamazlığını Avropanın demək olar ki, bir çox dövlət başçıları təkrar edir və multikulturalizmdən imtina şüarları səslənir*.
Böhran şəraitində hədsiz həyəcanlanmış Qərb hakimiyyət nümayəndələri qlobal ümumbəşəri inkişaf prosesində tarixən müxtəlif etnik və bölgə mədəniyyətlərinin qarşılıqlı təsir və sintezinin əhəmiyyətinin olması və bu sintezin qlobal mədəni inkişafın rəhni və əsası olması həqiqətini unudaraq, müxtəlif mədəniyyətləri “qloballaşma manqurt tiyanında” əritməyi arzu edirlər. Bu isə, Qərb hökumətlərinin son zamanlar biri-birinin ardınca atılan və biri-birini tamamlayan düşünülməmiş addımlarından ibarət gözləmədiкляри nəticələrə aparан (Liviyada və Ərəb bölgəsi ölkələrində yaradılmış vəziyyət, бурада Qərb üçün arzuedilməz islamçıların hakimiyyət başına gəlməsi, Qərbə immiqrasiya, bombardman yolu ilə qırılan mülki əhali və s.) siyasətinin mədəniyyət və xalqları xaos vəziyyətinə gətirəcək daha бир təzahürü ola bilər. Yaranmış vəziyyətin bütün gərginliyi və ilk baxışda çıxılmazlığı şəraitində çoxşaxəli böhran burulğanından çıxış yollarından biri, bəlkə də, siyasi maariflə bərabər, mədəni maarifdə, Qərb və Şərq xalqlarının maariflənmə yolu ilə mədəniyyətləri haqqında qarşılıqlı məlumatlanaraq biri-birini sivil qəbul etmələri ola bilər.
Bütün öncə deyilənlərdən çıxış edərək təklifimiz:
1. Müştərək şəkildə dünya və ilk növbədə, İslam bölgəsi mütəxəssislərinin təşəbbüsü ilə İslam bölgəsi xalqlarının vahid fəlsəfə tarixini yaratmaq məsələsi üzərində düşünmək və bu işi reallaşdırmaq üçün təşkilatlanmaq. İlk mərhələdə məqsəd gələcək tarixin elmi konsepsiyasını, strukturunu, təfsirinin metodoloji prinsiplərini müzakirələr yolu ilə axtararaq yazılacaq tarixin bir, yaxud bir neçə modelini yaraтмаг, yenə də, elmi müzakirələr yolu ilə, onlardan daha önəmlisini seçməkdir.
Hazırda bir qrup Azərbaycan mütəxəssisi bu məsələ ilə əlaqədar internetdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə xüsusi müzakirə forumu yaradır.
2. Qaldırılan problemlərin həlli üçün dünya miqyasında İslam mədəniyyəti və fəlsəfəsi ilə bu və ya digər şəkildə məşğul olan elmi qurumların və eyni zamanda dünya və Qərb mədəniyyət və fəlsəfə tarixi ilə məşğul olan Qərb elmi qurumları və UNESCO-nun səyləriniн birləşдирилмяси цчцн ъящд эюстярмяк, bu istiqamətdə konstruktiv addımlar atmaq. Bu ися, öz növbəsində, mədəni qloballaşmaйа дястяк, lokal mədəniyyətlərin qarşılıqlı təsir və sintezlərinin qlobal mədəniyyətin inkişafına təkanverici qüvvə ola bilər.
Müasir Şərq və İslam mədəniyyətinин tarixi ləyaqətini dərk etməyən Qərb siyasi ideologiyasının müxtəlif səviyyəli təmsilçilərinin Sasani İranının, Ərəb xilafətinin, Monqol və Teymuri hakimlərinin əsrlər boyu müxtəlif mədəniyyətlərə münasibətdə tolerant siyasəti haqqında, İbn Rüşd, İbn Sina fəlsəfəsinin XIII-XIV əsrlərdə Fransa və İtaliya Universitetlərində fəlsəfə fənninin tədrisində rolu haqqında və yüzlərlə bu cür Şərq və İslam bölgəsi mədəniyyətinin tarixən Avropa mədəniyyətinə müsbət təsiri haqqında maariflənmələri, güman eтмяк олар ki, bəlkə də, onların İslam bölgəsi mədəniyyətinə qarşı neqativ mövqelərinə təsir edə bilər. Bu maariflənmədə Qərb alimlərinin fəal rolu bir çox baxımdan позитив ола bilərdi.
Perspektiv belədir:
Ya mədəni qloballaşma, İslam mədəni bölgəsi mədəni və fəlsəfi irsi də daxil olmaqla, müxtəlif mədəniyyətlərin nailiyyətlərini qəbul edərək cəmiyyətdахили konsensus və nisbi də olsa, ahəngə aparacaq, ya da bir sıra müasir xalqlarын мядяни assimilyasiya yolu ilə mədəni irslərinin cəmiyyətin yaddaşından silməklə qlobal ümumbəşər mədəniyyətinin inkişaf prosesinin qarşısı kəsiləcək və cəmiyyət yeni dövr Qərb mulkulturalizminin ziddiyyətlərи girdabına düşəcək.
Мягаля müasir cəmiyyətdə sülh və tolerantlığa istiqamətlənməsi ilə tanınan UNESCO, müxtəlif elmi qurumlar вя илк нювбядя problemin Şərq və Qərb tədqiqatçılarınын диггятиня ünvanlanır.

* Мultikulturalizmdən imtina bəyanatı mahiyyət etibarı ilə бу siyasətin liberal-demokratik formasından imtina deməkdir. Sosio-mədəni inkişafın, universal fenomeni, dövlət siyasətinin üzvи hiccəsi olan dövlət daxilində müxtəlif millət və dinlərə məxsus əhalinin münasibətlərini nizamlayan multikulturalizmdən hətta ən inkişaf etmiş və sivil adlanan dövlətlərin hökumət тямсилчиляринин iradi siyasi qərar nəticəsində imtina etməляри qeyri-mümkündür. Hökumətlərin iradi siyasi qərarları ilə ancaq мultikulturalizmin (liberal-demokratik, radikal) müxtəlif forma çalarları qəbul ya da inkar edilə bilər. Hətta hazırda Qərbdə мultikulturalizmin saymazyana “multi-kulti” adlandırılması və güman ki, “kulti”nin Avropada yaşayan, lakin Avropalı olmayan xalqların mədəniyyətlərinə aid edilməsi belə, obyektiv və universal bir hadisə olan мultikulturalizmdən imtina etmək imkanı verə bilməz.

Author : oriental | Date: 15-02-2012, 16:00 | Views: 0