Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Muğamat (Məqamat) anlayışı

Muğamat anlayışının məzmun baxımından  fərqli işlənilməsini, son illər musiqi ədəbiyyatında, o cümlədən  2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun buraxdığı "İzahlı mugam lüğəti”ndə redaksiya heyəti:  Akif Əlizadə, Firəngiz Əlizadə, İsa Həbibbəyli, Teymur Kərimli, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Ərtegin Salamzadə, Muxtar İmanov; tərtibçi: Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Tariyel Məmmədov muğamatın, muğamın və  azərbaycan muğamının təriflərinin verilməməsi və onların fəlsəfə ilə bağlılığının Orta Asiya muğamatından fərqli olaraq qeyd belə edilməməsini nəzərə alaraq, muğamatın aşağıda gətirilən tərifini oxuculara müzakirə üçün təqdim edirik:

  Muğamat  – müxtəlif məqamlardan  (pillələrdən) ibarət musiqi,  nəzm və rəqs vəhdəti yolu ilə dövr (silsilə, sikl) şəkilində batini (ezoterik) və zahiri (ekzoterik) vəhdət ("vəhdət əl-vücud”) fəlsəfəsini musiqidə əks etdirə bilən və etdirən universal musiqi sistemi, ənənəvi və ənənəli mənəvi mədəniyyət formasıdır. 

Z. Quluzadə.

 

 

Author : Admin | Date: 21-09-2015, 05:11 | Views: 606