Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Bir daha fəlsəfə tarixləri barədə

Sizə təqdim etdiyimiz elmi məlumatlarla əlaqədar aşağıdakı problemlər üzərində düşünməyinizi təklif edirik.

 

1. Tarixən yüksək şəhər sivilizasiya və mədəniyyətinə malik coğrafi bölgə və ölkə və o cümlədən Qazaxıstan da daxil olmaqla Orta Asiya xalqlarını nomadik (köçəri heyvandar) sivilzasiya təmsilçiləri kimi səciyyələndirmə kimi köhnəlmiş elm və etika baxımından qeyri-məqbul streotipdən azad olmaq vaxtı çatmayıbmı? 

2. Mövcud ədəbiyyatda əksər hallarda rast gəldiyiniz İslam mədəniyyəti  bölgəsinə daxil olan ayrı ayrı xalqlarının etnik-milli, o cümlədən fəlsəfə tarixlərinə bölgə mədəniyyətini təmsil edən görkəmli şəxsiyyət və cərəyanların daxil edildiyini nəzərə alaraq etnik milli mədəniyyət anlayışının məzmun həcminin dəqiqləşdirilməsi zərurətinə necə baxırsınız?
3. Multikulturallıq və multikulturalizmin və Qərb və ŞƏrq mərkəzçiliyi ideologiyasının çarpazlaşması işığında Şərq və Qərb mədəniyyət tarixlərinin təqdimində hansı problemləri görürsünüz və onların həlli yollarını necə görürsünüz?
fəl.ü.elmlər doktoru Z.Quluzadə 

 

Author : Admin | Date: 1-08-2015, 05:42 | Views: 0