Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Rahil Nəcəfov: "Şərq fəlsəfəsi problemləri" jurnalı haqqında

MÜSTƏQİL AZƏRBAYCAN ELMİNİN UĞURU,

“ŞƏRQ FƏLSƏFƏSI PROBLEMLƏRI” JURNALI

VƏ ONUN VEB SAYTI  (WWW.ORIENTALPHILOSOPHY.ORG)

HAQQINDA MƏLUMAT

 

Rahil Nəcəfov

AMEA Fəlsəfə və Hüquq İnstitutu

 

12 iyun 2014-cü ildə ssaytın 94 ölkədən olan ziyarətçilərinin sayı 3 milyonu aşdı.

 

AMEA-nın Rəyasət heyəti, Fəlsəfə və Hüquq İnstitutu və Jurnalın redaksiya heyətinin təsis etdiyinin “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnal 1992-ci ildə Bakıda keçirilmiş “Şərq fəlsəfəsi tədqiqinin metodoloji problemləri” mövzusunda elmi-nəzəri  konfransın qərarı əsasında yaradılmışdır.  

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra “Şərq fəlsəfəsi problemləri”  fəlsəfəyə həsr edilmiş bu ad, məzmun və quruluşda ilk elmi-nəzəri beynəlxalq jurnal oldu. Nəşrin birinci nömrələrinin təsisçiləri sirasına “Elm” Assosasiyası da daxil idi.

1996-cı ildən etibarən jurnal azərbaycan və rus xülasələri isə ərəb, fars, türk, ingilis, alman və fransız dillərində ildə bir dəfə nəşr edilir.

 Dünya fəlsəfəsinin ayrılmaz hissəsi olan İslam bölgəsi xalqlarının tədqiq, tədris və təbliğinə istiqamətlənmiş Jurnalın yaradılması ideyası, adı və konsepsiyası onun redaktoru fəlsəfə elmləri doktoru Z. Quluzadəyə aiddir.

Fəlsəfənin nəzəriyyə və tarixinin aktual və mübahisəli məsələlərinə ilk növbədə Şərq və İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfəsi kontekstində tədqiq və tədrisinə xüsusi diqqət verən Jurnal 1996-cı ildən bu günədək Respublikanın elm aləmində yayılır və AMEA-nın Elmi kitabxanası tərəfindən Şərqin və Qərbin məşhur kitabxanalarına göndərilir.

Jurnalın veb səhifəsi www.orientalphilosophy.org internet ünvanında yerləşir. Eyni zamanda jurnalın elektron bazasında “İslam mədəni bölgəsi fəlsəfə tarixinin dünya fəlsəfə tarixində yeri və rolunun elmi dəyərləndirilməsi” adlı internet forum və jurnalın materialları əsasında feysbuk sosial şəbəkəsində qrup (https://www.facebook.com/groups/journalorient/)  fəaliyyət göstərir.

2010-cu ilin aprel ayından etibarən jurnalın elektron variantını www.johp.azersayt.com  internet adresindən oxumaq mümkün idi. Saytda İslam bölgəsi fəlsəfi konsepsiyaları, bölgə fəlsəfə tarixinin ayrı-ayrı problemləri, dünya fəlsəfə tarixi kontekstində bölgə fəlsəfə tarixinin tədrisi məsələləri haqqında məlumat verən elmi məqalələrlə yanaşı, bu problemlərə həsr olunmuş kitablar da yerləşdirilmişdir. Lakin Azərsaytda texniki səbəblər üzündən saytın bağlanmasına görə jurnalın elektron saytı yeni rəsmi ünvanına köçürüldü.

Hazırda “Şərq fəlsəfəsi problemləri” jurnalının rəsmi saytı “www.orientalphilosophy.com” 2010-cu ilin noyabrından fəaliyyətdədir.  

Jurnalın informasiya bazasına aşağıdakılar daxildir:

1)  Jurnalın 2009, 2010, 2011 və 2012-ci illər nömrələrinin Azərbaycan və rus dillərindəki tam mətni;

2)  1996-cı ildən etibarən jurnalın əldə olunan nömrələrinin mündəricatı, məqalələrin 6 dildə xülasələri.

3) İslam bölgəsi fəlsəfəsinin problemlərinə həsr edilmiş bir sıra məqalə və kitabların elektron nüsxələri

4) Jurnalın təşəbbüsü ilə keçirilmiş və nəzərdə tutulan bır sıra beynəlxalq elmi-nəzəri konfrans və seminarlardakı çıxışların elektron versiyaları. O cümlədən            Jurnalın təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən keçirilmiş “Ümumvəhdət Fəlsəfəsi və Müasir Elm” adlı elmi-nəzəri seminarın Respublika miqyasında keçirilmiş və “Ümumvəhdət fəlsəfəsi və Lütfi Zadə konsepsiyaları”  mövzusunda Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqidi və tədrisi problemlərinə həsr edilmiş UNESKO-nun dəstəyi ilə keçirilən beynəlxalq elmi-nəzəri seminar və konfransların materialları.

5) Qlobal, bölgə və etno-milli fəlsəfə tarixləri tədqiqininin metodoloji problemlərinə həsr edilmiş müzakirələr haqqında müxtəlif 8 dildə təqdim edilmiş yazılar.

Hazırda Jurnalın veb saytının səhifələrinin sayı 100 dən çoxdur və hər səhifədə beş məqalə olmaq şərtilə ümumulikdə informasiya məlumat bazasına daxil olan materialların sayı 500 dən artıqdır.

Bu səhifələrdə Azərbaycan alimləri ilə yanaşı Şərq və Qərb ölkələrinin alimlərinin məqalələri dərc olunur və Jurnalın elmi əlaqələrinin arealı gündən günə genişlənməkdədir.

Jurnal haqqnda informasiya Vikipedia Beynəlxalq İnternet Ensiklopediyasının azərbaycan dili  bölməsində (http://az.wikipedia.org/wiki/) əks etdirilmişdir.

Şark felsefesi problemleri” adı Jurnal altında İslam Araştırmaları Merkezinin (İSAM) elektron fonduna daxil edilmişdir.

Jurnal və saytdakı nəşrlər professional tədqiqatçılarla yanaşı, fəlsəfə problemləri ilə, xüsusilə də Şərqin İslam bölgəsi fəlsəfəsi və mədəniyyətinin fəlsəfi problemləri ilə maraqlanan oxucuların diqqətini cəlb etməyə yönəldilib.

AMEA Rəyasət Heyətinin, Fəlsəfə və Hüquq İnstitutu və Redaksiya Heyətinin birgə nəşr etdirdiyi “Şərq fəlsəfəsi problemləri” elmi-nəzəri jurnalının www.orientalphilosophy.org internet saytı İslam mədəni bölgəsində bu növ müasir nəşrlər içində elmi-nəzəri istiqaməti və məlumat informasiya sisteminə görə analoqu olmayan saytlardan biridir. Güman edirik ki, bu gələcəkdə oxşar mövzuda yaradılacaq elmi saytlara bir örnək təşkil edə bilər.

Struktur etibarı ilə Sayt aşağıdakı bölmələrdən ibarətdir:

Ana səhifə,

Jurnal haqqında,

Kitabxana,

Nəşrlər,

Məqalələr,

Seminar və Konfrans materialları,

Forum,

Əlaqə

Saytda elmi materiallar şaquli istiqamətdə hər səhifədə beş material (məqalə, tezis, yaxud kitab haqqında) olmaq şərtilə sıralanmışdır. Sayta daxil olan informasiya bölmələr üzrə: kitablar – Kitabxana bölməsində, məqalələr - Məqalələr bölməsində, tezislər - Seminar və konfrans materialları bölməsində yerləşdirilir. Saytın “Ana səhifə”sində isə sayta daxil edilən bütün informasiya nümayiş olunur; daxil edilən məlumatların həcmcə böyüklüyünü nəzərə alaraq məqalənin adı və müəllifi göstərildikdən sonra “ardını oxu” qeydini görən oxucu saytda məqaləni bütünlükdə oxumaq imkanına malikdir.

Saytda türk, ərəb, fars, alman və fransız dilərində məqalələrin rezumeləri, xarici ölkə alimləri ilə əməkdaşlıq məktubları və seminar yaxud konfrans materiallarının təqdimi üstünlük təşkil edir. Saytın konfrans materialları bölməsində “Ümumvəhdət fəlsəfəsi və müasir elm” və “Ümumvəhdət fəlsəfəsi və Lütfi Zadə konsepsiyaları” adlı konfranslarının materialları daha çox əks edilib. Hər iki konfansın materillarına dünyanın 70-dən artıq ölkəsinin 550 mindən çox baxış olmuşdur. Materialların aktual və maraqlı elmi faktları əks etdirmələri ziyarətçilərin sayını artırır.

Deyilənləri nəzərə alaraq  AMEA-nın Rəyasət heyətinin, Fəlsəfə və Hüquq İnstitutunun və Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun 2010-cu ildə birgə təşkil etdiyi “Ümumvəhdət fəlsəfəsi və müasir elm” seminarının 2010-cu ildən sonrakı  səmərəli fəaliyyətinin bərpa edilməsi vacibdir.

Jurnalın rəsmi saytında 500 dən çox verilən bütün məqalələrin ayrı-ayrı başlıqlarla sıralanması nəticəsində internet axtarış sistemlərində, o cümlədən, internet axtarış sistemi Google-un çoxfunksiyalı axtarış bazasında indekslənməsinin məntiqi nəticəsi olaraq ümumilikdə saytın baxılan məqalələrinin sayı 19 may 2014-cu il üçün  2  milyon 9 yüz mindən artıq idi.

Jurnalda axtarışı asanlaşdırmaq və oxucuya tez çatdrmaq məqsədilə məqalənin daxilində olan sözlər də açar sözlər kimi indekslənir və oxucu axtarış sistemində hər hansı bir sözü və ifadəni yazaraq axtardıqda, Jurnalın saytında əgər bu haqda informasiya varsa, o axtarış sisteminin oxucuya təqdim etdiyi ilk onluqda sıralanır.

Google.com – un analtiks (www.google.com/analytics/web/) xidməti sayəsində sayt üzərində aparılan virtual statistik məlumatlara baxanların böyük əksəriyyətini gənclər təşkil edir (Şəkil 1).  

Ümumilikdə isə sayta baxanların 80 faizini komputer - noutbuklar, 20 faizini digər telekommunikasiya vasitələri, o cümlədən, telefonlar və planşet istifadəçiləri təşkil edir.

2013-cü il dekabr ayının göstəricilərinə əsasən sayta daxil olanların ümumi sayı 2, 253 min nəfər təşkil edirdi. Göstəriciyə əsasən qeyd etmək olar ki, baxanların ümumi sayının böyük əksəriyyəti sayta təkrar-tərar daxil olanlardır ki, bu cür istifadəçi isə əslində ziyarətçi deyil, daimi istifadəçi hesab edirilir. 2 milyon yarım ziyarətçinin 1 milyon 800 mini sayta bir neçə dəfə daxil olanlardır. Bu istifadəçilər sayta qoyulan hər yeni material ilə maraqlanır və oradakı informasiya ardıcıllığını izləyirlər (Şəkil 2).

Saytın işinin təşkilində onun digər informasiya sistemləri ilə birgə əməkdaşlığı da mühim əhəmiyyət kəsb edir. Bununla əlaqədar www.wikipedia.org  azad internet ensiklopediyası və www.facebook.com sosial şəbəkəsi ilə əməkdaşlığı qeyd etmək vacibdir. İnternetdə mövcud əlaqələr vasitəsilə vikipediyadan bizim sayta keçid də mümkündür ki, bu yolla saytımızın ziyarətçilərinin sayı getdikc artır. (Şəkil 3).

Hazırda saytın baxılan məqalələrinin stasitik göstəricisi 3 miyona çatıb. Bu sayın artımında feysbuk sosial şəbəkəsində açılan “Şərq fəlsəfəsi problemləri forumu” adlı sosial qrupun da rolu böyükdür. Qrupun 260 dan çox daimi üzvü vardır. Qeyd olunan sosial şəbəkəyə (https://www.facebook.com/groups/journalorient/) internet adresindən və  saytdakı facebook bölməsindən rahatlıqla daxil olmaq mümkdür.

Saytın nəzdində İslam bölgəsi fəlsəfə tarixinin dünya fəlsəfə tarixində yeri və rolunun dəyərləndirilməsi adlı Forum fəaliyyət göstərir. Saytda foruma keçid göstərilmişdir (Şəkil 4).

AMEA-nın sabiq Prezidenti mərhum akademik Mahmud Kərimovun dəstəyi ilə yaradılmış və onun xatirəsinə həsr olunmuş foruma hazırda 150 - dən çox material daxildir. Forumun elektron kitabxanasına məlumat üçün mövzuya aid müxtəlif dillərdə kitabların mündəricatları və bütövlükdə kitablar daxil edilib. 2012 – ci ilin yanvar ayından Foruma dünyanın 50 ölkəsindən daxil olan ziyarətçilərin sayı 80 mindən çoxdur.

 

Jurnalın elmi fəaliyyəti beynəlxalq elmi məkanda diqqəti cəlb edib. O, bir çox beynəlxalq elmi jurnalların indeksləmə mərkəzləri (OAJİ – Open Academic Journals İndex, CyteFactor – International Academic Journals İndex, İSAM – İslam Araştırmaları Merkezi Dergi Tarama İndeksi, İSİS – İnternational Publishing Center of academic journals) tərəfindən indekslənib. Bundan başqa “Ş.F.P” ingilis dilində Vikipediaya Azərbaycandan yeganə jurnal olaraq daxil edilimişdir. Bu haqda baxın.

https://en.wikipedia.org/wiki/Problems_of_Oriental_Philosophy_%28journal%29

           Rus dilində isə Jurnal haqqında informasiya ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

Author : Admin | Date: 5-08-2014, 18:40 | Views: 0