Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
ƏFRAND DAŞDƏMİROV - 70 İLLİYİ MÜNASİBƏTİLƏ

 

İKİ AKADEMİYANIN HƏQIQI ÜZVÜ, ALİM 

VƏ İCTİMAİ XADİM ƏFRAND DAŞDƏMİROVUN 

70 YAŞI MÜNASİBƏTİLƏ 

 

Əfrand Firudin oğlu Daşdəmirov XX əsrin sonu – XXI əsrin əvvəllərində məqsədyönlü şəkildə “Şəxsiyyət” və “Etnos” fenomenlərini tədqiq edən bir alim kimi elmə qədəm qoymuşdur. Məlum olduğu kimi, bu problemlər həm tarixən eləcə də hazırkı dövrdə, üzvi surətdə  cəmiyyətin ictimai-siyasi həyatı ilə bağlı olan humanitar elmin nəzəriyyəsinin və tarixinin ən mürəkkəb, birmənalı olmayan və ziddiyyətli şəkildə təqdim edilən məsələləri sırasına daxildirlər. Akademik Daşdəmirovun elmi maraqları və  elmi-praktiki fəaliyyəti formalarının müxtəlifliyinə baxmayaraq, həmin məsələlər, onların nəzəri-metodoloji, tarixi, sosial-fəlsəfi, etnoloji, etno-psixoloji, etno-kulturoloji aspektləri onun elmi araşdırmalarının orijinal əsasını eləcə də istedadlı publisist, təşkilatçı, “Azərbaycan kommunisti” [«Азербайджанский коммунист»], “Aзерросс” [Rusiya azərbaycanlıları], “VAK” [«Всесоюзный Азербайджанский Конгресс»] adlı toplumların baş redaktoru kimi çıxış edən alimin pedaqoji və ictimai-siyasi fəaliyyətinin təşkil edirdi.

Dəlil olaraq Ə.Daşdəmirovun müxtəlif illərdə nəşr edilmiş bir sıra fundamental araşdımalarının mövzularına istinad edək.

1968 ildə alim Moskvada “İndividual şüurun milli məqamları” [«Национальные моменты индивидуального  сознания»] namizədlik dissertasiyasını müdafiə etmişdir; 1976-cı ildə onun “Millət və şəxsiyyət” [«Нация и личность»] adlı monoqrafiyası işıq üzü gormüşdür; 1977-ci ildə o, “Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları” [«Национальные и интернациональные формы социального бытия личности»] adlı doktorluq dissertasiyasını müdafiə edir; 1984-cü ildə “Marksist-Lenin millət və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemləri” [«Проблемы личности в Марксистко-Ленинской теории нации и национальных отношений»] adlı 1996-cı ildə isə “Cəmiyyətşünaslığın nəzəri-metodoloji məsələləri” [«Теоретико-методологические проблемы обществоведения»] adlı monoqrafiyaları çıxmışdır; 2000-ci ildə “Rusiya və Azərbaycan: tarix və müasirlik” [«Россия и Азербайджан: история и современность»], 2001-ci ildə “Qafqazarası münasibətlərin ideoloji problemləri” [«Идеологические проблемы меж кавказских отношений] əsəri, həmin ildə “Milli ideya və etniklik” [«Национальная идея и этничность»] kitabı ikinci dəfə dərc edilmişdir; 2005-2008-ci illlərdə “Qarabağ münaqişəsi yenidənqurma kontekstinə” [«Карабахский конфликт в контексте перестройки»], 2008-ci ildə “Millət tarixin kəskin dönümündə” [«Нация на крутом повороте истории»] adlı kitablar işıq üzü görmüşlər.

Akademik Daşdəmirovun fundamental əsərlərinin müfəssəl siyahısını təqdim etməklə biz qarşımıza elmi ictimaiyyəti azərbaycan elminin potensialı ilə tanış etmək eyni zamanda da tədqiqatçıları maraqlandıran suallara alimin əsərlərində cavab axtarmağa yönəltmək məqsədini qoyuruq.

Müasir elm üçün xüsusən də Azərbaycan oxucusu üçün aktual olan etnos və etnik münasibətlər probleminə dair Ə.Daşdəmirovun müxtəlif illərdə Bakıda, Moskvada, Orta Asiyanın, Baltikyanı və digər xarici ölkələri  şəhərlərində nəşr olunmuş elmi-tədqiqat xarakteri daşıyan çoxsaylı məqalə və kitab eləcə də qəzet və jurnal səhifələrində, tədqiqatçı özü təşəbbüskarı olduğu bir sıra beynəlxalq və Respublika səviyyəli konfranslarda çıxışları həsr olunmuşdur.

Biz burada alimin ötən son onilliklər ərzində baş vermiş geniş fəaliyyəti haqqında yalnız qısaca məlumatı təqdim etmişik. Daha ətraflı şəkildə oxucu alim və patriot Ə.Daşdəmirovun yaradıcılığı ilə onun nəşrlərinə və 2003-cü ildə AMEA Rəyasət Heyətinin sərəncamı ilə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çap olunmuş əsərlərinin biblioqrafiyasına müraciət edərək tanış ola bilər. Lakin həmin biblioqrafiya Ə.Daşdəmirovun son on illiklər ərzində həm Azərbaycanda, həm də Rusiyada baş verən bir Şəxsiyyət və Etnikos kimi xalqının taptalanmış hüquları uğrunda mübariz elmi yaradıcılığının və ictimai fəaliyyətinin ən parlaq mərhələlərini əks etdirməmişdir.

 Onun alim, publisist, Azərbaycan diasporunun milli tarixinin kəskin dönümündə bir “toplayıcı” kimi çıxış etməsi, onun Rusiya Federasiyasının Millətlər Nazirliyində şöbə müdiri və RF Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının Rusiya xarici siyasəti kafedrasında professorluq fəaliyyəti, Ümumrusiya Azərbaycan Konqresinin vitse spikeri, daha sonra “Ümumrusiya konqresi” Ümumrusiya qəzetinin Baş redaktoru kimi, Rusiya telekanallarının verilişlərində, RF Millətlər Evində, Moskva hökumətinin yanında milli siyasət və milli münasibətlər məsələləri üzrə ekspert kimi iştirak etməsi fəaliyyətləri onların genişliyi və əhəmiyyəti ilə tam əminliklə etiraf etmək olar ki, alimin bütün əvvəlki fəaliyyətini üstünləyib keçmişdirlər.

Müasir, qloballaşmaya meyilli cəmiyyətin ziddiyyətləri və münaqişələri işığında Ə.Daşdəmirovun beynəlmiləlçilik, milli və beynəlmiləlin vəhdəti məsələlərinə həsr olunmuş çoxsaylı tədqiqatları müasir humanitar elm üçün aktuallığını hələ də saxlamaqdadır.

Fəaliyyəti ərzində Ə.Daşdəmirov AMEA-nın müxbir üzvü [1983] və həqiqi üzvü, eləcə də Rusiya Federasiyasının Pedaqoji və Sosial elmlər Akademiyasının həqiqi üzvü [akademiki] [1998], dəfələrlə Azərbaycan SSR-ın Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının MK-nin üzvü seçilmiş, MK-nin təbliğat və təşviqat üzrə şöbəsinin müdiri vəzifəsini tutmuşdur. Respublika siyasəti sahəsində fəal iştirakına görə dəfələrlə orden və medallar ilə təltif edilmişdir.

Lakin şəxsiyyət hər zaman cəmiyyəti qarşısında, etnikos isə öz etnosu qarşısında borcludur. Alim gələcək fəaliyyətinin bütün sahələrində uğurlar arzu edir və elmə yeni töhfələrini gözləyirik.

Author : Admin | Date: 23-06-2013, 01:56 | Views: 0