Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Z.Quliyeva: AZƏRBAYCAN VƏ FRANSIZ MAARİFÇİLİYİ

Z.S. Əliyevanın çapdan çıxmış "AZƏRBAYCAN və FRANSIZ MAARİFÇİLİYİ: QARŞILIQLI ƏLAQƏLƏR" kitabı haqqında

Teymur Kərimli,
AMEA-nın müxbir üzvü


Z.Quliyeva: AZƏRBAYCAN VƏ FRANSIZ MAARİFÇİLİYİ Bəşər sivilizasiyasına vahid tarixi-mənəvi proses kimi baxsaq, bu vəhdətin ayrı-ayrı xalqlar arasında gedən mədəni əlaqələrlə şərtləndiyini görərik. Bu səbəbdəndir ki, müxtəlif xalqların ərsəyə gətirdiyi ideoloji cərəyanların qarşılıqlı təsiri məsələləri zaman-zaman mütəxəssisləri düşündürmüş və bun-ların açıqlanmasına sanballı tədqiqat əsərlər həsr edilmişdir. Xüsusən, dünya ictimai-fəlsəfi fikrinin inkişafında müstəsna rol oynamış Şərq və Qərb fikir cərəyanlarının müqayisəli təhli-li bir çox elmi problemlərin üzərinə işıq salmaqda əhəmiyyət kəsb etmişdir.Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan humanitar elminin sovet ideoloji çərçivələrində araşdırılmış bir çox problemlərinin müstəqillik kontekstində yenidən təd-qiqata cəlb edilməsinə kəskin zərurət yaranmışdır və maarifçi-lik məsələlərinin də yeni təfəkkür işığında araşdırılması məhz buna görə aktuallıq kəsb etmişdir.
[leech=http://www.boxca.com/doaqrtqpu3f0/китаб2.doc.html]

KİTABI YÜKLƏ

[/leech]
Maarifçilik elmi tutumlu və sistemli bir fikri cərəyanı kimi XVIII əsrdə meydana çıxsa da, maarifçilik ideyaları çox qədimlərdən mövcud olmuş və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır. Orta əsrlər Azərbaycan ədəbiyyatında da maarifçilik ideyalarının geniş yayıldığını görmək olar. Xüsusən dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz poemalarında bu ideyalara böyük önəm verildiyinin şahidi olmaq mümkündür. Belə ki, «Xəmsə»yə daxil olan poemaların hamısında maarifçi hökmdar ideyasının qızıl xətlə keçdiyini aşkara çıxarmaq olar.
Məhz bu cür zəngin maarifçilik ənənələrinə malik olduğundandır ki, Azərbaycan ədəbi-fəlsəfi fikir yeni dövrdə maarifçilik hərəkatına yaxından qoşularaq bu ideyaların qızğın təbliğatçısına çevrildi. Xüsusən fransız maarifçiliyinin təbliğ etdiyi qabaqcıl humanist ideyalar, haqq, ədalət uğrunda mübarizə apardığı üçün bunlar arasında əlaqələrin də daha geniş və hərtərəfli, eləcə də sürəkli olması təbii idi.
Z.Əliyevanın monoqrafiyasında bütün bu problemlərə müstəqillik dövrünün ədəbi-nəzəri fikri kontekstində yanaşılaraq, çağdaş elmimiz üçün aktuallıq kəsb edən bir problemin araşdırılması cəhdi uğurla gerçəkləşdirilmişdir. Araşdırma obyektini dərindən öyrənmiş müəllif, apardığı sistemli ümumi-ləşdirmələr əsasında problemin ümumi inkişaf xəttini və qa-nunauyğunluqlarını üzrə çıxarmağa nail olmuşdur. Xüsusən, maarifçilik ideyalarının ikitərəfli qarşılıqlı təsiri probleminin qoyuluşu və araşdırılması maraq doğurur.
Monoqrafiyada qoyulan problemin tədqiqat tarixinə geniş yer ayrılmış və indiyə qədər bu sahədə görülən işlər layiqincə qiymətləndirilmişdir. Bununla yanaşı, təbii ki, yeri gəldikcə polemik mülahizələr də irəli sürülmüş və elmi obyektivliyin üzrə çıxarılmasına cəhd göstərilmişdir.
Ümumilikdə Z.Əliyeva öz monoqrafiyasında qarşıya qoyduğu problemin sistemli elmi mənzərəsini verməyə nail olmuş və maarifçiliyin tarixi inkişaf yolunu Azərbaycan və fransız marifçilərinin əsərləri əsasında izləməklə bütövlükdə bu fikir cərəyanı haqqında təsəvvür yarada bilmişdir. Bu uğurun səbəblərindən birini də, zənnimizcə, problemin dar lokal çərçivədə deyil, geniş miqyasda götürülməsi, Şərq maarifçilik ənənələrinin qlobal səviyyədə izlənilməsi və lazımi elmi nəticələrin çıxarılması təşkil etmişdir. Elə Azərbaycan maarifçilərin əsərlərinin fransız tədqiqatçıları tərəfindən öyrə-nilməsinə ayrılan xüsusi diqqət də bu baxımdan qiymətlən-dirilməlidir.
Monoqrafiya zəngin elmi-nəzəri bazaya söykənir ki, bu da onun sanbalını və elmi ciddiliyini artıran cəhətlərdən biri kimi diqqəti cəlb edir.
Z.Əliyevanın «Azərbaycan və fransız maarifçiliyi: qarşılıqlı əlaqələr» adlı monoqrafiyası müstəqillik dövrü humanitar fikrimizin maraqlı araşdırmalarından biri sayıla bilər. Əsərdə qoyulan problemlərin gələcəkdə daha geniş rakursdan araşdırılması Azərbaycan ədəbi-ictimai fikrinin qlobal səviyyədə təbliğinə və bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi layiqli qiymətini almasına imkan yaradacaq-dır.

 

Author : oriental | Date: 10-03-2011, 14:01 | Views: 0