Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Müasir türkologiyanın tədqiqata ehtiyacı olan məsələləri.

Müasir türkologiyanın tədqiqata ehtiyacı olan məsələləri.

Türkologiyanın fundamental anlayışlarının məzmunlarının monitorinqi və təkminləşdirilməsi zərurəti:

· "Türk” anlayışının məzmunu.

· Müxtəlif ensiklopediya və ensiklopedik lüğətlərdə "türk” anlayışı.

· Rus dilində "турок” və ”тюрок” anlayışlarının məzmununun elmi cəhətdən məqsədəuyğunluğu.

· Tarixən və müasir elmdə türk anlayışının məzmunu.

· Türk xalqı.

· Türk xalqları sistemi (sistemi yaradan cəhətlər).

· Türk xalqlarının genetik kodu və tarixi yaddaşı.

· Prototürklər.

· Qədim türk dili. Şumer dilinin türk dilinin tarixən əsası və ya əsas məxəzlərindən biri olması.

· Türk dilləri.

· Türk dillərində Şumer izinin müqayisəli təhlili.

· Türkdilli xalqların tarixi coğrafiyası.

· Türk etnosunun yaranmasının bir (vahid) coğrafi ərazi və dilinin bir (vahid) dil olması problemi.

· Türksoylu və türkdilli xalqlar anlayışının məzmunu.

· Türk xalqlarının etnogenezi. Türk xalqlarının tarixən təkminləşməsinə müxtəlif dil və dinlərin təsiri.

· "Türk tarixi” haqqında yanlış stereotiplər və onların tənqidinin zəruriliyi.

· Türk xalqlarının dünyada gedən etnogenetik proseslərdə və dünya etnik xəritəsində yeri.

· Türk dilinin və islam dininin bir çox türk xalqlarının xalq kimi təşəkkülü və sonraki tarixlərində rolu.

· "Türk mədəniyyəti bölgəsi” anlayışı.

· "Türk iqtisadiyyatı” anlayışı (islam iqtisadiyyatı ilə müqayisə).

· Türk şəhərləri (türk və ,xüsusən, Azərbaycan şəhər mədəniyyətləri haqqında məlumat: təsvir və tədqiq).

· Türk dovləti.

· "Türk dövlət milləti” anlayışı.

· "Kitabi Dədə Qorqud”da türk oğuz dövləti haqqında məlumat.

· Türk hüququ.

· Türk əxlaqi görüşləri: türk mənəvi dəyərləri.

· Türk mifologiyası.

· Türk dinləri. Türk şamanizminin dünya şamanizmi sistemində yeri (ümumi və xüsusi cəhətlərin aşkarlanması).

· Türklər və İslam dini. Islamın türklərin sosial-siyasi və mənəvi həyatında yeri və rolu.

· Türk xalqlarının İslam dini, mədəniyyəti və dövlətçiliyində tarixi rolu.

· Türk elmi və təhsil sistemi.

· Türk ədəbiyyatı. Türk fələsfi şeiri.

· "Türkologiya” anlayışının məzmunu.

· Türkologiyanın elm kimi tədqiqat obyektinin türk dili və bəzi hallarda türk ədəbiyyatı ilə məhdudlaşdırılmasının səbəbi.

· "Türk fəlsəfəsi”, "türkdilli fəlsəfə” və "osmanlı-türk fəlsəfəsi” anlayışlarının məzmun fərqləri.

· Türk fəlsəfəsinin islam bolgəsi fəlsəfi mədəniyyətində yeri və rolu.

· Türk-uyğur fəlsəfəsi. Mahmud Qaşqari və Yusif Balasaquni irsi. Türk-çin fəlsəfi əlaqələri.

· Türkdilli arealın fəlsəfəsinin Şərq, xüsusən İslam Şərqi fəlsəfəsində yeri və rolu.

· Türk xalqlarını birləşdirən dini-fəlsəfi və fəlsəfi-dini dünyagörüşlü cərəyanlar.

· Türk fəlsəfi dünyagörüşünün türk identikliyinin formalaşmalaşmasında rolu.

· Qeyri-ortodoksal islam aləmi cərəyanlarının türk xalqlarının mənəvi vəhdətinin formalaşmasında yeri və rolu.

· Türk incəsənəti.

· Türk musiqisi.

· Sovet dövründə türk problemi.

· Sovet dövründə türk fəlsəfəsi.

· Postsovet dövründə türkologiyanın səciyyəsi.

· Postsovet dövründə türk xalqlarının və ümumtürk (müştərək) fəlsəfəsi.

· Əxlaq kateqoriyaları və mənəvi dəyərlərin türk şifahi və yazılı (miflərdə, eposlarda, dini, bədii, fəlsəfi) ədəbiyyatında müqayisəli təhlili, onların digər xalqların anlayış və dəyərləri ilə ümumi və xüsusi cəhətlərinin müqayisəsi.

· Türk mədəniyyət tarixinin dünya mədəniyyət tarixi kontekstində yeri və rolunun elmdə dəyərləndirilməsi haqqında (münasibət).

· Qədim türklər haqqında (dövr, dövlət, mədəniyyət, mentalitet) görkəmli rus türkoloqları Bartold, Dyakonov, Qumilyov, D.E. Eremeyev və digərlərinin bəzi yanlış məlumatları haqqında.

· D.E. Eremeyevin "Этногенез турок” və "История турецкой общественной мысли XI – XXI вв.” kitablarına münasibət.

· Dyakonovun və Qumilyovun qədim türklər haqqında mövqelərinə münasibət.

· Sovet elmi məkanında və müasir postsovet ölkələrdə türkologiyanın bir elm kimi əsas tədqiqat problemləri.

· Türk fəlsəfəsinin etnomilli və bölgə səciyyəsi; bu fəlsəfənin ümumdünya Şərq və xilafət fəlsəfəsində yeri və rolu.

· Türk əlifbaları (alfavitləri).

· Türkologiyanın terminoloji lüğətinin yaradılmasının məqsədəuyğunluğu.

· Türk-azərbaycan fəlsəfə lüğətinin yaradılmasının məqsədəuyğunluğu.

· Türkologiyanın türk xalqlarının özlərini və dünya xalqlarının onları dərk və dəyərləndirilməsində imkanı, yeri və rolu.

· Müxtəlif dövr erməni yazılı məxəzlərində türk və, xüsusən, Azərbaycan türklərinin sosiomədəni tarixləri haqqında məlumatlara münasibət.

Author : admin | Date: 9-02-2018, 16:51 | Views: 182